Biləsuvar rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib

Məlumata görə, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb.

Müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlı icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib.