Rəsmi dövlət büdcəsindən maliyyələşən “Azərbaycan”, “Respublika” və “Xalq”da dövlətin ayırdığı vəsaitlərin necə xərcləndiyini araşdırmaq üçün Hesablama Palatası tərəfindən yoxlama aparılıb.
Məlumata görə, yoxlama nəticəsində qəzetlərə ayrılan pulların təyinatı üzrə düzgün xərclənmədiyi və ciddii yeyinti faktları aşkar edilib.
Hökumətin media siyasətini müəyyənləşdirənlərin əksəriyyəti bu qənaətdədirlər ki, sözügedən qəzetlərin ictimai rəyə təsiri çox aşağıdır. Bu səbəbdən də həmin qəzetlərin üçünün bazasında bir mətbu orqanın fəaliyyət göstərəcəyilə bağlı təklifin dəstəkləndiyi qeyd olunur. Rəsmi qəzetlərindən heç kim bizim bu yöndə olan suallarımızı şərh etmək istəmədi/Azinforum.az