AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunması ilə əlaqədar tədbir keçirilib.

Mia.az xəbər verir ki, bu barədə institut məlumat yayıb.

Bildirilib ki, AMEA-nın vitse-prezideni, akademik İbrahim Quliyev İnstitutun “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminovun Coğrafiya İnstitutuna baş direktor təyin olunduğunu elan edib.