Bu gün Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun vəziyyətinin pisləşdiyi, DTX-nın hospitalına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Mia.az xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az-a açıqlama verən Tağı Əhmədov məlumatın yalan olduğunu, saytların sensasiya dalınca qaçdığını bildirib.

“Mən hazırda işdəyəm, vəziyyətim də əladı. Ürəyim də partlamayıb. Belə xəbərləri məni istəməyənlər yayır.”