Azərbaycan Dövlət İqtisad Universietinin (UNEC) tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev vəzifəsindən bu gün azad edilib.
Mia.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov öz feysbuk səhifəsində yazıb.
O bildirib ki, UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edib: "Dosent A.Rzayev öz işini mükəmməl bilən, peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm".