Son 1 il ərzində Ukraynada yerli vətəndaşlarla ailə qurub müvəqqəti yaşama izni alaraq bu ölkəyə köçən Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Ukrayna Dövlət Miqrasiya Xidmətindən Report-un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin avqustin 1-dən 2021-ci ilin iyulun 1-ə qədər qeyd olunan məsələ ilə bağlı 2 172 sənəd qeydə alınıb.
Beləliklə, bu ölkədə, qeyd olunan sayda Azərbaycan vətəndaşı yerli vətəndaşlarla evləndiyi üçün müvəqqəti yaşama izni əldə edərək Ukraynaya köçüb.