"Qaraçuxur qəsəbəsi Yeni Günəşli D yaşayış sahəsi 27–ci binanın sakinləri ilə görüş keçirdim. Sakinləri narahat edən problemlərlə tanış oldum".
Mia.az xəbər vErir ki, bu sözləri Suraxanının deputatı Etibar Əliyev deyib.
O bildirib ki, narahatedici məqamlardan biri liftlərin qəzalı vəziyyətdə olması ilə bağlıdır:
"Bir məmurun özbaşınalığı ucbatından minlərlə əhalinin yaşadığı böyük massivdə zibil qutuları münasib olmayan yerdə yerləşdirildiyinə görə dözülməz antisanitariya vəziyyəti yaranıb".