Azərbaycan vətəndaşı olan jurnalist Hüseyn Bakıxanov Tiflisdə vəfat edib.
Mia.az Gürcüstanda fəaliyyət göstrərən GAXA.ge saytına istinadla xəbər verir ki, hadisə iyulun 14 -də baş verib.
Son məlumata görə, 34 yaşlı jurnalist Hüseyn Bakıxanov binanın damından özünü atıb.
Jurnalistin ölümündən 2 gün əvvəl onun Azərbaycan vətəndaşları ilə mübahisə etdiyi barədə məlumat yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 14-də baş verən hadisə Cinayət Məcəlləsinin intihara səbəb olan 115-ci maddəsi ilə araşdırılır.
Məlumata görə, cinayəti törədən şəxs həbs olunarsa, onu iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Mia.az