Futzal üzrə milli komandamız Belçikanın Antverpen şəhərində Avropa çempionatının final mərhələsində iştirakını dayandırıb.

"Qafqazinfo” xəbər verir ki, ilk oyununda Sloveniya millisini 7-6 hesabı ilə məğlub edən komandamız, ikinci oyununda İtaliyaya 7-0 hesabı ilə uduzub. Bu nəticə ilə Azərbaycan futzalçıları Avropa çempionatına yekun vurublar.