"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov vəzifəsindən azad olunub.
Mia.az-xəbər verir ki, bu barədə "Azəriqaz" rəsmi açıqlama yayıb.
Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad edilib.
Bununla bağlı keçirilən tədbirdə baş direktor Ruslan Əliyev deyib ki, C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır: "Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar".
Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib və “Azəriqaz” İB kollektivinin onun üçün doğma olduğunu vurğulayıb. Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatındakı fəal iştirakına görə Ceyhun Səfərovu Fəxri fərmanla təltif edib, kollektivlə birgə xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, 15 gün əvvəl bu barədə ilk xəbəri Mia.az yayıb. Lakin həmin vaxt qurum rəsmiləri bu barədə xəbəri təkzib edib.
Həmin xəbəri buradan oxuya bilərsiniz: