Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

Mia.az xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat paylaşıb.

O bildirib ki, Elçibəyin oğlu onun silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

Toy iyulun 22-də keçiriləcək.