Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin il yarım əvvəl təyin olunan Qazaxıstan və Orta Asiya müxbiri Füzuli Məcidli işindən azad olunub.
Mia.az Bakupost.az -a istinadla xəbər verir ki, bu barədə əmr bir neçə gün əvvəl imzalanıb.
F. Məcidli 2019-cu ilin sonlarında bu vəzifəyə təyin olunmuşdu. O, AzTV-dən əvvəl İctimai Televiziyanı Qazaxıstanda təmsil edib.