Rusiyada yaşayan və 17 milyondan çox izləyicisi olan azərbaycanlı videobloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.
Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu bardə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat katibi Vladimir Vasenin jurnalsitlərə açıqlama verib.
O bildirib ki, bloger idarə etdiyi “Lamborghini Urus” avtomobilndə saxlanılıb: "Sürücü sərxoşluğu müyyənləşdirmək üçün tibbi müayinədən keçməkdən imtina edib. Bununla bağlı inzibati protokol tərtib olunub".