“Xəzərdə seysmik stansiyaların quraşdırılması çox mürəkkəb prosesdir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli bildirib ki, istək dəniz dibindən onlayn şəkildə məlumat ötürülməsidir: “Xarici qrant hesabına stansiyalar almışıq, Astaradan Yalamaya qədər Xəzəryanı ərazidə onları quraşdırmağa başlayırıq. İki vulkanın ətrafında da məlumatlar onlayn ötürüləcək ki, elmi araşdırma aparıla bilsin”/APA.