Daxili İşlər Nazirliyinin (DİN) bir qrup əməkdaşı Azərbaycanda Polis Günü ilə bağlı təltif edilib.

Mia.az xəbər verir ki, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in fəxri fərmanı ilə təltif olunub.

Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib.