Abşeron çimərliklərində dənizə tullantılarla zəngin çirkab suları axıdılır.
Mia.az xəbər verir ki, bu barədə sabiq deputat Nazim Bəydəmirli video paylaşıb.
Görüntülərdə çirkab suları heç bir təmizləyici qurğu olmadan birbaşa dənizə axır.
Sabiq deputat yazıb ki, bu görünütülər Novxanı ilə Kürdəxanı arasında çəkilib: "Bu, Rus çimərliyinə ("Rus Beach") gedən yolun üstündədir".
Ümidvarıq ki, müvafiq quurmlar onsuz da böyük çirklənməyə məruz qalan Xəzərə belə tullantıların axıdılmasının qarşısını təcili almaq üçün hərəkətə keçəcək.
Mia.az