Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyevə ağır itki üz verib.
Mia.az News24.az-a istinadən xəbər verir ki, Səfər Mehdiyevin bacısı oğlu, 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev ötən gün dünyasını dəyişib.
Mərhumun axşam saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir.
O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Ailəli olan Fərman Əliyevin 3 uşağı var idi.