ABŞ İrana tətbiq etdiyi sanksiyaları pozduqları üçün İslam Respublikasının Televiziya və Radio Təşkilatının istifadə etdiyi 33 və “Kataib Hizbullah“ tərəfindən idarə edilən 3 internet saytını bloklayıb.

“TRTHaber” xəbər verir ki, məlumatı ABŞ-ın Ədliyyə Nazirliyi yayıb.

Bildirilib ki, nazirlik həbs qoyulanlar arasında İran teleradio şitkərinə aid ərəb və ingilis dillərində fəaliyyət göstərən bir sıra internet saytının olduğunu təsdiqləyib.