Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Nazirlikdən Mia.az-a verilən xəbərə görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Məlumata görə, yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

16:04

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Nabran kəndindəki biçilməmiş əkin və meşə sahələrində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub. Daha sonra 30 hektar əkin sahəsindəki yanğın söndürülüb.

Meşəlik ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir/Report.

Faktla bağlı araşdırma aparılır.