"WhatsApp" messencerinin Android əməliyyat sistemilə çalışan cihazlar üçün yenilənməsinin beta versiyası tətbiq edilib.
Report “Wabetainfo”ya istinadən xəbər verir ki, yeni versiyada söhbətdəki ismarıcların dizaynı təkmilləşdirilib. Hazırda yazışmaların məxfiliyini artırmaq üçün silinən ismarıclar funksiyası üzərində çalışmalar aparılır.
Daha əvvəl xəbər verilmişdi ki, Androidlə çalışan cihazlarda akkaunta daxil olmaq üçün əvvəlki SMS ilə göndərilən birdəfəlik kod əvəzinə flash zəng istifadə olunacaq.