Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb.