“Bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmirlər. Ona görə də imtahana buraxılmırlar”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.
“Təklif edirəm ki, bu məsələ ilə bağlı aiddiyyyatı komitə Təhsil Nazirliyi ilə müzakirələr aparsın və həmin tələbələrə ilin sonunadək təhsil haqqını ödəməyə vaxt verilsin. Həmin tələbələr isə imtahana buraxılsınlar.”, - deputat vurğulayıb.
Deputat daha sonra deyib ki, bəzi vətəndaşlar COVID-19-u gizli keçiriblər və onlar indi immunitet sertifikatı ala bilmir
Deputat bildirib ki, aidiyyəti komitə və dövlət qurumlarının bu məsələyə diqqət etməsini istəyir: “Bu sahədə boşluqlar var. Hazırda hamı kütləvi şəkildə vaksinasiya olunur, COVID-19 pasportu alır. Ancaq xəstəliyi gizli keçirənlər də olub və onlar immunitet sertifikatı ala bilmir”.