Təhsil sahəsinin inkişafı hökumətin prioritetlərindən biridir və ildən-ilə bu vəsait artırılır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Nəzərə almalıyıq ki, 2020-ci ildə bizim ÜDM-də bir qədər azalma baş verib. Amma buna baxmayaraq xərclərin artırılması istiqamətində də addımlar atılmaqdadır. Prezidentin tapşırığı ilə təhsil sahəsində yaxın vaxtlarda yeni qərarların qəbul edilməsi nəzərdə tutulur”, - deyə S.Şərifov bildirib/APA.