Professor Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti” çapdan çıxıb.

Mia.az xəbər verir ki, bu barədə Qulu Məhərrəmlnin özü məlumat paylaşıb.

O bildirib ki, xeyli vaxtdır üzərində çalışdığı “Yeni alınma sözlər lüğəti” kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi (ADTM) tərəfindən nəşr edilib:

"Belə lüğətlərin tərtibi çox əzablı işdir, amma faydalı gərəklidir. Kitabın ərsəyə gəlməsi üçün zəhmət çəkənlərə, dəyərləndirən alim dostlara və qonorar verənlərə təşəkkür edirəm.

Lüğət, demək olar ki, bütün mağazalarda var".