"Space” TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev işdən çıxarılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Kamil Şahverdiyev sosial şəbəkədə status paylaşıb.

O bildirib ki, 15 il çalışdığı “Space” teleradio şirkətindən ayrılıb: "Mənə verilmiş bu imkana görə kanalın təsisçisinə dərin təşəkkürümü bildirirəm.

Kollektivin hər bir üzvünün əlini sıxıb onlara və yeni rəhbər Müşfiq Hətəmova bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm!”.

Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.