Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim müvafiq işlər görülür.
Mia.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən “KOALA PARK” Uşaq İstirahət Əyləncə Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid və qazi uşaqlarının iştirakı ilə tədbir keçirilib.
Uşaqlar 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirləri ilə süfrə ətrafında şerlər, mahnılar ifa edib, müxtəlif oyun elementlərindən istifadə edərək əyləniblər.
Tədbirin sonunda onlara müxtəlif hədiyyələr təqdim olunub.