Kürdəmir rayonunda kütləvi dava olub.

Hadisə rayonun Xəlsə kəndi ərazisində qeydə alınıb.

Belə ki, bir neçə rayon sakini aralarında mübahisə edib. Bu zaman Beyi kənd sakini, 1989-cu il təvəllüdlü Alcanov Nəzər Yavər oğlu qonşu kənd sakinləri ilə dava edib. Nəticədə N.Alcanov müxtəlif növ bədən xəsarəti alıb. Daha sonra o, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır/Report.