“Türkiyəyə təyyarə biletlərinin qiymətlərinin yüksək olması ilə bağlı məsələ hökumətdə müzakirə edilibmi?”

Bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

“Bizim xaricdə təhsil alan ən çox tələbəmiz Türkiyəni seçir. Türkiyəyə gediş-dönüş biletləri isə olduqca bahadır. Seçicilərimiz də bizə bununla bağlı suallar ünvanlayır”, - deyə o, əlavə edib.