Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı məlum olub.
Məlumata görə, bununla bağlı mayın 26-da müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifə qurumun aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib.
Qeyd edək ki, A.Ağayev Vətən müharibəsi qazisidir. O,Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Cəsur döyüşçü" medalına layiq görülüb. Daha sonra təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən A.Ağayevə “II dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib/Report.
***
Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib.
Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı.
O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb/Report.