"Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevdə uydurma və sifarişli ittiham üzrə cinayət işi vardır. Təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda müqavilə bağladığı 5 nəfər müdafiəçisi vardır".
Mia.az xəbər verir ki, bu barədə E.Sadıqov özü məlumat yayıb.
O bildirib ki, təqsirləndirilən şəxsin yeni vəkili hakimə order təqdim edəndə hakim bildirib ki, Elçin Sadıqov gəlməlidir, mən işi təcili yekunıaşdırmalıyam:
"Katib mənə zəng edəndə CPM-nin tələbini izah etdim ki, təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi varsa onlardan birinin iştirakı məhkəmə iclasının davam etdirilməsinə mane olmur. Təqsirləndirilən şəxs də mənə demişdi ki, yeni vəkil də işlə tanış olsun, sonra birlikdə müdafiə mövqeyini müzakirə edək.
Hakim deyib ki, Elçinə mən demişəm, cürəti çatırsa gəlməsin, onun başına oyun açacam. Mən də qanunu rəhbər tutaraq getmədim.
İndi mənə VKRH-dən zəng edərək bildirdilər ki, başqa vəkil iştitak etdiyi halda hikkəli hakim ancaq məndən VKRH-ə şikayət edib".