“Azərbaycanda hakimlər daha təşəbbüskar olmalı, qanunvericiliyin təkmilləşməsinə töhfə verməlidirlər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bir sıra hallarda istintaqda təqsirləndirilən şəxslər vəkilin iştirakı olmadan dindirilir: “Bu məsələ nəhayət həllini tapmalıdır. Həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Təqsirləndirilən şəxslər məhkəməyə qədər girov müqabilində azadlıqda ola bilər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”/APA.