Gəncə şəhərində evdə suqızdırıcı partlayıb.

Məlumata görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, mənzildə köhnəlmiş suqızdırıcı partlayıb. Bu zaman yerli sakin, 1972-ci il təvəllüdlü Sevil Əliyeva yanıq xəsarətləri alıb və o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.