7NEWS.az saytının 7 yaşı tamam olub.
Mia.az xəbər verir ki, 7NEWS.az internet xəbər portalı 2014-ci il may ayının 20-də fəaliyyətə başlayıb, 2015-ci ilin may ayından isə MMC olaraq fəaliyyətini davam elətdirib. 7NEWS.az internet xəbər portalı müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. "The Seven Media Group"a aid olan 7NEWS.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. 7NEWS.az internet xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.
Beynəlxalq sayğac sistemi olan "Google Analytics"ə görə portala son hər ay 2 milyon ziyarətçi daxil olur. Saytın gündəlik 30 mindən çox izləyicisi vardır. Bundan başqa 7NEWS.az-ın sosial şəbəkələrdə hesabları mövcuddur.
Məlumat üçün qeyd edək ki, 7NEWS.az saytının baş redaktoru internet-media ekspert, 2004-cü ildən mətbuatda imzası olan Səbuhi Abbasovdur.
Mia.az-ın kollektivi də 7NEWS.az saytının rəhbərliyini və bütün əməkdaşlarını təbrik edir, bol-bol uğurlar arzulayırlar.