Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.