Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.
Mia.az xəbər verir ki, bu barədə aktyorun oğlu Rövşən Quliyev xəbər yayıb.
Bildirib ki, A.Quliyev hələ də reanimasiyadadır: "Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihaza qoşulub. Hələ də ağırdır".
Qeyd edək ki, aktyor koronavirusa yoluxub.