"Neftçi” ilə danışıq aparmıram, belə bir şey yoxdur”. Bu sözləri apasport.az saytına veteran məşqçi Ağasəlim Mircavadov deyib.
Nazim Süleymanov "Neftçi”nin baş məşqçi postundan istefa verdikdən sonra onu klub prezidenti Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyevin əvəzləyəcəyi gözlənilirdi. Lakin paytaxt təmsilçisinin rəsmiləri yeni çalışdırıcının yerli olacağını, 3-4 şəxs arasında seçim apardıqlarını söyləyirlər.
"Neftçi”ni rəhbərlik edəcək səviyyədə yerli məşqçilərin sayı elə də çox deyil. Ağıla ilk gələn isə Ağasəlim Mircavadovdur. Məşqçi kimi beşqat Azərbaycan çempionu olan 66 yaşlı mütəxəssis 2004-2006-cı illərdə rəhbərlik etdiyi "Neftçi”yə də qızıl medal qazandırıb. Bu isə o deməkdir ki, Mircavadov ən real namizəd olmasa belə, adlı mütləq siyahıda yer almalıdır.
Lakin millimizin sabiq çalışdırıcısı olan Mircavadov əməkdaşımızla söhbətində "Neftçi”dən təklif almadığını bildirib: "Bununla bağlı mənə heç kim müraciət etməyib. Nə rəsmi dəvət var, nə də qeyri-rəsmi danışıq. Olmayan şeydən danışmayaq”.
Ağasəlim Mircavadov: “Neftçi” ilə danışıq aparmıram
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11