Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin durumu açıqlanıb.
Xalq artistinin qızı Günel Quliyeva bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır: “Həkimlər atamın vəziyyətini ağır kimi qiymətləndirirlər. Səhhətində heç bir irəliləyiş yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub. O, hazırda “Yeni klinika”nın reanimasiya şöbəsində müalicə olunur.