ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatı fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la mövcud olan Müdafiə və İqtisadi Əməkdaşlıq Sazişini dayandırmaq istəyir.

“Bloomberg” xəbər verir ki, Türkiyə ilə ABŞ arasındakı müdafiə paktı ölkələr arasında geniş hərbi əməkdaşlığı - kəşfiyyat xidmətləri arasında məlumat mübadiləsi, birgə təlimlər və Amerika aviasiya üçün Türkiyə hərbi hava bazalarına girişi təmin edir.

Xüsusilə, ABŞ-ın Avropanın ən şərq hissəsində yerləşən Hərbi Hava Qüvvələri Türkiyənin cənub-şərqindəki İncirlik aviabazasındadır.

Həm də, bu saziş ABŞ və Türkiyənin İraq və Suriyadakı qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Sazişin dondurulması ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə ciddi ziyan vura bilər.