Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, polislər tərəfindən mərasimin qarşısı alınıb.
Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.