Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə MTRŞ məlumat yayıb.

Milli Televiziya və Radio Şurasının üzvləri və Şura Aparatının kollektivi Məmməd Cəfərovun vaxtsız vəfatından kədərləndiyini bildirib, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!