Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidm­ətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib,xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.