Xəbər verdiyimiz kimi, ötən gün Sabirabad rayonunun Çığırqan kəndi ərazisində Kür çayından naməlum kişi meyiti tapılıb.

Mia.az xəbər verir ki, meyit kənd sakinləri tərəfindən sudan çıxarılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Aparılan tanınmadan sonra cəsədi tapılan şəxsin Salyan rayonunun Qaraçala kənd sakini 33 yaşlı Əhmədov Rahib Zöhrab oğlu olduğu məlum olub.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Emil Məmmədov