Əli Cabbarov,

acabbarov@mail.ru

***

Keçən il başına gələnlərdən üzü bəri bu “ay”sız Nikolayın işləri heç yaxşı getmir. Bir tərəfdən zəhrimar virus, o biri tərəfdən də ölkədə baş alıb gedən özbaşınalıq, əhalinin hökumətə qarşı itaətsizliyi, generalların sayıqlamaları erməni cəmiyyətini yamanca qarışdırıb

. Kasıbçılıq da ki o biri tərəfdən. İş o yerə çatıb ki, dini bayram ərəfəsi Ermənistanda yumurtanın bir dənəsi nə az-nə çox, bizim pulla 80 qəpiyə qalxıb. İnşallah bir-iki aya çörək də tapa bilməyəcəklər. Qarabağın taxılından gözlərini çoxdan çəkiblər. Adətlərinə görə çarə tükənəndə həmişə okeanın o tayına üz tutanların da ümidi tükənib. Çünki, Kardaşyan boşandığına görə bu saat onun da başı öz işlərinə qarışıqdır. Öz hayına qalıb. Tərs kimi Avropa da təzəlikcə bu hayları yaman qaralayıb. Sən demə, fransızlar ermənilərə konyak və şampan şərabını başqa adla satmağı tələb ediblər. Bu şəhərlər Fransadadır axı. Brend də onlara məxsusdur. Görünür, illər boyu fransızlarla səmim dostluqları erməniləri o qədər məst edib ki, zamanında Parisi “böyük Ermənistan” xəritəsinə salmayıblar. Yəni, bir balaca nəzərdən qaçırıblar.

Qərəz, dolmanı “tolma” kimi yeməyi xoşlayan bu ölkədə bütün kasıb camaat belə-belə xəbərlərlə yatıb qalxırkən, bu günlərdə hələ burnu tam ovulmamış bir qrup erməni “komando” ləqəbli bir generalını o biri dünyaya yola salmaqla məşğuldur. Deyilənə görə bu keçmiş hərbçi Şuşanın əldən getməsinə ürəyi dözməyib, bütün erməniləri gözüyaşlı qoyub gedib. Cəhənnəmə getsin! Hər halda, əli qanlı bu Xocalı cəlladının biri gün mütləq sonu gələcəkdi. Bir zaman Şuşanı işğal edənlərin komandiri olmuş bu dırnaqarası qəhrəman görünür, erməninin ta özüdür ki, geyidiyi həyasızlıq donu onun da başını tamamən xarab edib. Keçmiş Sovet ordusunda “dağ tülküsü” ləqəbi ilə tanınmış bu erməni elə tülkü xislətini də axıradək davam etdirib, bir neçə il əvvəl hətta Türkiyəyə də qarşı hücum planı hazırlayırmış. Burda deyirlər ki, keçinin əcəli gələndə…!

Nə isə! Amma yaxşı ki, o öz əcəliynən İrəvanda ölüb, yoxsa 82 yaşlı bu qoca da sahibsiz Mişa kimi ortalıqda qalacaqdı. İndi gorbagor olub, Şuşada, Xocalıda qətlə yetirdiyi günahsız, dinc insanların ruhları qarşısnda özü cavab verəcək. Amma o cani əsl cəzasını elə bu dünyada aldı. Yəqin ki, ermənilərin sağ qalmış bu sonuncu “komando”su internetdən Müzəffər Azərbaycan Ordusunun apardığı döyüşləri doya-doya izləyib. Və onda görüb ki, əsl komando kimdir: gecəynən tülkü kimi pusquya girib, Xocalıda qoca, qadın və uşaqları qətlə yetirənlər, yoxsa kəndirlə Şuşa qayalarına dırmanıb, bıçaq və tapançalarla üz-üzə döyüş aparanlar?!

Hələ mən səsi gələndə hinduşqa balası kimi yerə sıvanan erməni əsgərlərini bir-bir dənləmiş “Qarabağ” Ordenli Bayraktarlarımızı demirən. Erməni generalı yüz faiz bütün bunlarıl görüb və ürəyi dözməyib. Çünki bilib ki, bundan sonra ermənilərdən olsa-olsa ancaq yumurta “komando”su çıxar. Onu da tapa bilsələr. Elə vaxtında ölüb.

Mia.az