Salyan rayonunun Qırxçıraq kəndindən eşşəyin üstündə çöldə qoyunlarını otaran 52 yaşlı kənd sakini Mirzəyev Rafiq Xangəldi oğlunu gürzə sancıb.
Rafiq Mirzəyevin Mia.az-a verdiyi məlumata görə, qəflətən çox iri bir gürzə ilanı sıçrayaraq onu dirsək nahiyəsindən sancıb.
Hadisə nəticəsində eşşəyin üstündən yıxılan kənd sakininin qolu da sınıb.
Təcili Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirərlərək ilan zəhəri əleyhinə zərdab vurulan Rafiq Məmmədova tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, bir neçə il əvvəl həmin kənd sakininin yeniyetmə oğlu da heyvan otararkən canavarın hücumuna məruz qalmışdı və bir müddət sonra dünyasını dəyişmişdi.
Emil Məmmədov