"Qarabağ zəfəri Azərbaycan-Türkiyə münasibətlərdə hər mənada yeni imkanlar yaradıb, qarşılıqlı ticarətdə, investisiya məsələlərində yeni fürsətlər ortaya çıxarıb".
Bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair "Dəyirmi masa"da deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni sərmayələrin qoyuluşu, fabriklərin tikilməsi, bigə ticarət fəaliyyətlərinin artırılması Orta Dəhliz (Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi) adlanan istiqamətin daha aktiv olmasına gətirib çıxaracaq, imkanlarını genişləndirəcək və bu, Azərbaycanın logistika məsələlərində önəmini artıracaq: "Xüsusilə də Süveyş kanalındakı qəza Orta Dəhlizin qədər vacib olduğunu sübut edir”/Report.