Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.
Agentlikdən Mia.az-a verilən məlumata görə, namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda ümumilikdə 72 nəfər namizəd iştirak edib.
Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub. 1 saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.
İmtahandan uğurla keçən namizədlər aprelin 3-dək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.