Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

İctimai rəy sorğusunda pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin hansı formada təşkilinin məqsədəuyğun hesab edildiyi ilə bağlı bəndlər yer alıb.

Sorğuda aşağıdakı bəndlər yer alır:

- Fəaliyyət mövcud qaydada davam etdirilsin;

- Bütün siniflər üzrə tədris distant formaya keçirilsin;

- Yalnız V-IX siniflər üzrə tədris distant formaya keçirilsin;

- Yoluxmanın daha çox olduğu bölgələrdə tədris distant, digərlərində isə ənənəvi formada davam etdirilsin;

- Digər.