Marneulidə diş həkimi İsa Xəlilov özünü asaraq intihar edib.

Mia.az Gürcüstanda fəaliyyət göstərən 24News.ge saytına istinadla xəbər verir ki, sözügedən şəxs öz evində intihar edib.

Məlumata əsasən, qonşular şübhələndikdən sonra polisə xəbər ediblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlsələr də, evdən cavab verən olmayıb. Bu zaman polis əməkdaşları evə məcburən daxil olub və həkimin asılmış vəziyyətdə cansız bədənini aşkar ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.