Salyanda ana və övladı koronavirus infeksiyasından vəfat ediblər.

Mia.az “Report”a istinadla xəbər verir ki, Salyan şəhəri Aşıq Pənah küçəsinin sakini Əliyeva Ədilə Paşa qızı və qızı Aybəniz bu gün COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Əliyeva uzun müddət Salyan şəhər 7 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.