“Təhsil Nazirliyi İslam Universiteti məzunlarının diplom ala bilməməsindən məlumatlıdır və hazırda məsələ araşdırılır”.

Mia.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Novruz bayramından sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək: "4000-dən artıq insan diplom istəyir. Bu, 2000-ci ilin əvvəlindən yaranan problemdir və uzun vaxt tələb edir. Məsələyə laqeyd yanaşmırıq. Sadəcə müəyyən qədər vaxt lazımdır. Dövlət İmtahan Mərkəzi və aidiyyəti qurumlarla araşdırma aparılır”.